Müasir dövrdə epidemiologiya elmindəki proqress nəticəsində əhalinin əksepidemik müdafiəsində epidemioloqların nəzarət fəaliyyətinin daha da mükəmməlləşdirilməsini, epidemioloji analizin yetkinliyini tələb edir.Əhalinin saglamlıgının qorunması məqsədilə əhali arasında hər il qeydiyyata alınan müxtəlif xəstəliklərin statistikasının təhlili, xəstəliklərin yaranma səbəblərinin tədqiqatı və profilaktik tədbirlərin vaxtında həyata keçirilməsi sağlamlıq göstəricilərinin yaxşılaşdırılması üçün zəruri şərtdir.Epidemiologiya ümumi tibb elmi kimi əhali arasında həm infeksion, həm də qeyri-infeksion xəstəliklərin (QİX) yaranma səbəbləri, risk faktorları, şəraiti, xəstəliklərin müxtəlif əhali qrupları arasında yayılma sahələri və vaxtını analiz etməklə həmin xəstəliyin profilaktika üsullarının işlənib hazırlanma prosesinin sistemi sayılır.