Tədqiqatın məqsədi. Angiotenzinçevirən ferment inhibitor ilə farmakoloji müalicənin təsiri altında Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi (ACXOX) ilə yanaşı Ürəyin İşimik Xəstəliyi (ÜİX) olan xəstələrdə morfofunksional parametrlərin öyrənilməsindən ibarətdir.
Tədqiqatın material və metodları. Tədqiqat işi 352 xəstənin kliniki -instrumental müayinəsi əsasında aparılmışdır. Bütün müayinə olunanlar 3 qrupa bölünmüşlər: I - ACXOX olan 121 xəstə, II - ACXOX ilə yanaşı ÜİX olan 113 xəstə, III - ÜİX- in xronik formaları olan 118 xəstə.